Gömrük kalkulyatoru malların ölkə daxilinə idxalı və ya ixracı ilə bağlı vergilərin, komissiya və ya əlavə xərclərin hesablanmasını asanlaşdıran alətdir. Bu alət məhsulları beynəlxalq bazara çıxarmaq, gömrük vergiləri, idxal və ixrac, daşınma və digər xərclərin öncədən təxmin edilməsi üçün əvəzolunmazdır. Hesablamalar malların mənşə ölkəsi, idxal və ixrac edilən malların miqdarı və həcmi kimi bir neçə faktorlara əsasən təyin olunur. Eyni zamanda hər bir malların vegiləndirilməsi ilə bağlı məslələr də diqqətə alınır. Gömrük kalkulyatoru vasitəsilə lazımlı məlumatları daxil edərək hər kəs gömrük rüsumunu özü hesablaya bilər.
Gömrük kalkulyatoru ilə nəqliyyat vasitələrinin keçirilməsi zamanı hesablanmaların aparılması
Gömrükdən malların keçirilməsi ilə bağlı ən çox axtarılan məsələlərdən biri nəqliyyat vasitələrinin keçirilməsidir. Fiziki şəxslər gömrükdən nəqliyyat vasitələri keçirən zaman rüsümu öyrənmək üçün kalkulyatora aşağıda göstərilən məlumatları daxil edirlər:
- Nəqliyyat vasitəsinin növü
- Mühərrikin növü
- İnvoys dəyəri
- Nəqliyyat xərci
- Mühərrikin həcmi
- Digər xərclər
- İstehsal tarixi
Nəqliyatın mənşə ölkəsi və ya onu göndərən ölkə haqqında isə həmin vasitənin azad ticarət sazişi bağlanan ölkədə istehsal olunub oradan gətirilməsi halında uyğun seçim işarələnir. Əks halda “digər ölkə” seçilir.
Gömrük kalkulyatoruna əlavə edilən bu məlumatlar əsasında xərclərin hesablamasını aparan şəxsin qaşısındakı pəncərədə aşağıdakılar hesablanaraq qeyd olunur:
- İdxal gömrük rüsumu
- ƏDV
- Gömrük yığımları
- Aksiz vergisi
- Vəsiqə haqqı
- Elektron gömrük xidməti haqqı
- Elektron gömrük xidməti üzrə ƏDV
- Utilizasiya haqqı

